Aydın Sani - ACI Lyrics Şarkı Sözleri
Göz yaşlarımı çox gizləmişəm
Hardan biləsən sənsizləmişəm
Fikrim ürəyi salmış araya
Etməz bir həkim dərman yaraya
Hər gün açılır sənsiz səhərim
Axşam da gəlir bitməz kədərim
Yenə də acımasız bir ömrə boyun əyirəm
Yenə ümid edirəm gələcək o mənə deyirəm
Onsuz həyatın heç bir dadı yox
Onsuz yaşamın mənçün adı yox
Onsuz dolaşıb gəzmək nə çətin
Səbrim tükənib dözmək nə çətin
Hər gün açılır sənsiz səhərim
Axşam da gəlir bitməz kədərim
Yenə də acımasız bir ömrə boyun əyirəm
Yenə ümid edirəm gələcək o mənə deyirəm